“Neftçi” heyətini gücləndirib

22.08.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi” klubu amerikalı basketbolçu ilə heyətini gücləndirib.

Fanat.Az xəbər verir ki, Camal Bey yeni mövsümdə “Neftçi”nin uğurları üçün çalışacaq. Onunla 1 illik müqavilə imzalanıb.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2001-ci il təvəllüdlü, 1.98 metr boya malik idmançı kollec karyerasını ABŞ-də "Washington Huskies" (NCAA) komandasında keçirib. O, son mövsümü isə NBA G Liqasında – Nyu-Yorkun "Westchester Knicks" klubunda çıxış etməklə başa vurub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью