Neftçi heyətini müdafiəçi ilə gücləndirmək qərarına gəlib

06.01.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Macarıstanlı müdafiəçi Mark Tamaş və Alfa Konte ilə müqaviləyə xitam verən "Neftçi" yeni transfer hədəfini müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, "Neftçi" qış transfer pəncərəsində "Sabah"ın futbolçusu Abdulla Rzayevə elçi düşüb.

Bakılılar U-21 yığmasının da formasını geyinən müdafiəçi üçün qarşı tərəfə təzminat ödəməyə hazırdırlar.

Gənc arxa xətt oyunçusu ötən iki mövsümü icarədə keçirib. Öncə "Kəpəz"in, daha sonra "Araz-Naxçıvan"ın uğurları üçün tər töküb.

Qeyd edək ki, Abdulla Rzayev bu mövsümün əvvəlində "Sabah"a qayıdıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью