“Neftçi” İdman Klubu yeni loqosunu təqdim etdi VİDEO

24.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Neftçi” İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.

İdman.Biz xəbər verir ki, klubun yeni emblemi ənənəvi ağ-qara rənglərdə hazırlanıb.

Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları təsvir olunub. Emblemin yuxarı hissəsində “Neftçi” İdman Klubunun adı, aşağı hissəsində isə klubun yaranma tarixi olan “1937” əksini tapıb.

Klubdan bildirilib ki, yeni loqo “Neftçi”nin tarixi irsini qorumaqla yanaşı, müasir vizual kimliyini də özündə əks etdirir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью