Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 12 avqust, AZƏRTAC
“Neftçi” basketbol klubu iki yerli oyunçu ilə müqavilənin müddətini uzadıb.
Bu barədə AZƏRTAC-a klubdan məlumat verilib.
Bildirilib ki, ötən mövsüm komandanın heyətində çıxış edən müdafiəçilər - Nicat Nəsirov və Ağa Ağayev daha bir il Bakı təmsilçisinin formasını geyinəcəklər.