“Neftçi” ilə adı hallanan hücumçuya təklif var

12.11.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fənərbağça”nın heyətdən kənarlaşdırılan futbolçusu Cenk Tosuna təklif var.

İdmanxeber.az-ın məlumatına görə, “Kocaelispor” təcrübəli forveti transfer etmək istəyir. Yenidən milli komandaya qayıtmaq istəyən Tosunun bu təklifə müsbət baxdığı bildirilir.

Kocaeli təmsilçisi yaxın günlərdə həm futbolçunun özü, həm də “Fənərbağça” rəhbərliyi ilə görüş keçirəcək.

Xatırladaq ki, Türkiyə millisinin sabiq üzvünün adı “Neftçi” ilə hallanırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью