Neftçi ilə Azərbaycan çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşib

26.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi" ilə Azərbaycan çempionu olmuş albaniyalı futbolçu Bruno Teluşinin yeni klubu müəyyənləşib.

"Report"un məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ölkəsinin "Flamurtari" komandasına keçib.

O, 2011-2017-ci illər aralığında da bu komandanın uğurları üçün çalışıb və 2013/2014 mövsümündə Albaniya Kubokunu qazanıb.

Qeyd edək ki, Bruno Teluşi 2020/2021 mövsümündə "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью