Neftçi ilə oyunda hakimi təhqir edən Qarabağ ın məşqçisi cəzalandırıldı

18.03.2026

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA İntizam Komitəsi "Qarabağ"ın U-12 komandasının baş məşqçisi Şöhrət Yusifovu sərt cəzalandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Məlumata görə, cəzaya səbəb baş məşqçinin AFFA U-12 Liqası çərçivəsində keçirilən "Neftçi" ilə qarşılaşmanın 21-ci dəqiqəsində hakimlər briqadasına ünvanladığı təhqirlər və bunun ardınca meydandan kənarlaşdırılması olub.

Qurumun çıxardığı yekun qərara əsasən, Şöhrət Yusifov dörd oyunluq diskvalifikasiya cəzasına məruz qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью