Neftçi ilə oyunda zədələnən Qarabağın legioneri MRT müayinəsindən keçəcək

02.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XV turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Julio Romano Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, yarımmüdafiəçinin ayağındakı şiş hələlik çəkilməyib.

Braziliyalı oyunçunun bu səbəbdən sabah MRT müayinəsindən keçəcəyi gözlənilir.

Qeyd edək ki, Julio Romao Azərbaycan derbisinin ilk hissəsindən sonra əvəzlənib. "Qarabağ" səfərdə "Neftçi"ni üç cavabsız qolla üstələyib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью