Neftçi ilə razılaşmadı, Qazaxıstana üz tutdu

04.02.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Neftçi"nin maraqlandığı futbolçu Daniel Popa Rumıniyanın FCSB klubu ilə yollarını ayırıb. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun müqaviləsi ləğv edilib.

Forvardın karyerasını Qazaxıstanda "Aktobe"də davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, "Neftçi" rumıniyalı oyunçu ilə danışıqlar aparsa da, maliyyə şərtlərində razılıq əldə edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью