Neftçi ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

15.09.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi" ilə yollarını ayıran Elvin Camalovun yeni klubu müəyyənləşir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi karyerasını "Sumqayıt"da davam etdirməyə yaxındır.

Azad agent statusu daşıyan təcrübəli futbolçunun keçidinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2025-ci ilin yanvarından "ağ-qaralar"ın şərəfini qoruyan Camalov bu müddətdə 29 rəsmi oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью