Neftçi ilk qələbəsini qazandı Serbiya klubuna üç cavabsız qol

10.07.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" növbəti yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiyanın "Radniçki Niş" kollektivi ilə qarşılaşıb.

Görüş Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın heyətində Breno Almeyda dubl edib, Ağadadaş Salyanski isə bir dəfə fərqlənib.

Qeyd edək ki, "Neftçi" Sloveniya toplanışındakı əvvəlki yoxlama oyunlarında Serbiyanın "Partizan" klubuna 0:1, Rumıniyanın ÇFR komandasına isə 1:2 hesabı ilə məğlub olmuşdu. Bu, paytaxt təmsilçisinin yay hazırlığı çərçivəsində ilk qələbəsi olub.

“Şəfa”dan yeni transfer: FRANSALI FUTBOLÇU BAKIDA Sekidika Cənubi Koreya klubunda - RƏSMİ Duran “Qarabağ”ı tərk etdi - RƏSMİ “Neftçi” növbəti matçını keçirəcək “Sumqayıt”ın baş məşqçisi bəlli oldu - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью