Neftçi İmişli səfərində

11.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında V tura bu gün start veriləcək.

Redaktor.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:30-da start götürəcək.

Paytaxt təmsilçisi 9 xalla liderdir. Meydan sahibləri 4 xalla 8-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

I dövrə, V tur

11 sentyabr

16:30. "İmişli" – "Neftçi"

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.

VAR: Emin Əliyev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Yevlax şəhər stadionu

Xatırladaq ki, V turun digər qarşılaşmaları 12, 13 və 14 sentyabrda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью