Neftçi İspaniyada Kaseres mərhələsinin yarımfinalına vəsiqə qazanıb

10.07.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Kaseres (İspaniya) mərhələsinin ikinci oyun gününün görüşləri keçirilib.

İdman.Biz bildirir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu 1/4 final oyununda yerli İspaniya millisinə 16:15 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, "Neftçi" klubu yarımfinalda Latviya seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:40-da baş tutacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью