“Neftçi” istirahətdən qayıtdı

11.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasında “Kəpəz”ə qalib gəldikdən sonra dördgünlük istirahətə buraxılan “Neftçi” hazırlıqları yenidən bərpa edib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında “Palms Sports” Futbol Mərkəzində məşqlərə başlayıblar. Milli komandaların düşərgəsində olan futbolçuların yoxluğundan kompensasiya etmək üçün məşq prosesinə B komandasından bir neçə gənc oyunçu da qoşulub.

Paytaxt klubu növbəti matçını noyabrın 22-də keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq “Araz-Naxçıvan” ilə qarşılaşma saat 14:30-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью