Icma.az bildirir, Sportal.az portalına istinadən.
Azərbaycanın iki basketbol klubu bu gün FIBA Avropa Kubokunda 3-cü tur matçlarına çıxacaq.
Sportal.az xəbər verir ki, G qrupunda yer alan "Landau Lions" Danimarkada “Bakken Birs”in qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Erhan Tokerin baş məşqçisi olduğu kollektiv qrupun əvvəlki iki duelində İsveçrənin "Cenevrə Lions”" (83:105) və Slovakiyanın “Prievidza” klublarına uduzub (84:108).
“Neftçi” isə H qrupunda İsveçrədə “Fribur Olimpik”la qarşılaşacaq. Oyun saat 22:00-da başlanacaq.
Xatırladaq ki, paytaxt klubu əvvəlki iki görüşündə Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF kollektivlərinə məğlub olub (94:110).
saytlarin hazirlanmasi