Neftçi İtaliyada, İspaniyada, oynamış hücumçu ilə maraqlanır EKSKLÜZİV

11.01.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Mövsümün ikinci yarısına Qəbələdə hazırlaşan "Neftçi" transfer çalışmalarını da davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" slovakiyalı hücumçu ilə maraqlanır.

Söhbət 27 yaşlı Samuel Mrazdan gedir. Hazırda Slovakya çempionatında "Motor"un şərəfini qoruyan forvard 2024/25 mövsümündə komandasının heyətində 18 oyun keçirib və 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Vaxtilə Slovakiya millisinə də cəlb olunan mərkəz hücumçusu ölkəsinin yığmasında 5 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib.

Qeyd edək ki, Mraz karyerası ərzində ölkəsində çıxış etməklə yanaşı, Danimarkada "Brondbü". İtaliyada "Empoli", "Spetsiya", "Krotone", İspaniyada "Mirandes", Yunanıstanda "Bolos" və "Anortosis" kimi klubların formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью