Neftçi Kayrat a qarşı

09.01.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi" "Kayrat"a qarşı

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, “ağ-qaralar”ın i“Kayrat”la (Qazaxıstan) qarşılaşacaqlar. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

“Neftçi”nin toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

"Neftçi" sonuncu görüşlə Abu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

Qeyd edək ki, "Neftçi" qış fasiləsinə 20 xalla 8-ci pillədə yollanıb. "Kayrat" isə Qazaxıstan Premyer Liqasının son çempionudur. Cari mövsümün tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan komanda hazırda turnirin sıralamasında 1 xalla sonuncu - 36-cıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью