Neftçi Kayrat da oynamış forvardı transfer etmək istəyir

07.07.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Neftçi" transfer çalışamalarını davam etdirir.

Sportal.az "Azerisport"a istinadən xəbər verir ki, “ağ-qaralar”ın hazırda danışıq apardığı hücumçulardan biri Rikardinyodur.

Hazırda azad agent statusuna malik olan 25 yaşlı hücumçunu maliyyə məsələlərində razı salmaq mümkün olsa, o, “Neftçi” ilə müqavilə imzalayacaq.

“Neftçi” Rikardinyo ilə hələ mövsümün əvvəlində də maraqlanırdı, amma həmin vaxtı keçidini həll etmək mümkün olmamışdı.

Bu dəfə isə onun keçidinə yaxın ola bilər.

Qeyd edək ki, Rikardinyo “Qremio”, “Maritimo”, “Levski”(Sofiya), “Viktoriya”(Plzen), “Makkabi”(Hayfa), “Kayrat” klublarında çıxış edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью