Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının X turunda "Neftçi" "Kəpəz"lə qarşılaşıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Qaynarinfo xəbər verir ki, "Palms Sports Arena"da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə sevinib.
"Ağ-qaralar"ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar. Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.
Turnir cədvəlində "Neftçi" 15 xalla altıncıdır. 3 xalı olan "Kəpəz" isə, sonuncu - onikincidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "İmişli"ni 2:0, "Zirə" isə "Karvan-Yevlax"ı 3:2 hesabı ilə məğlub edib.