Neftçi Kəpəz ə qarşı

28.02.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə keçiriləcək 2 qarşılaşmadan digər 2 yarımfinalçının da adı müəyyənləşəcək.

"Neftçi" "doğma divarlar" arasında "Kəpəz"lə qarşılaşacaq. Bu komandalar arasında ilk görüş Samir Abasovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, ötən gün keçirilən 2 cavab oyunundan sonra "Qarabağ" və "Sabah"ın yarımfinala yüksəldiyi dəqiqləşib.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab oyunu

19:30. "Neftçi" - "Kəpəz"

(ilk oyun - 2:0)

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov 
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov 
AFFA nümayəndəsi: Emin Cəfərov
Bakı. "Neftçi Arena"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью