“Neftçi” “Kəpəz” ilə qarşı qarşıya

01.11.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında X turunun növbəti qarşılaşması Bakıda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Neftçi” “Kəpəz”i qəbul edəcək.

Oyun saat 17:00-da başlayacaq. Əzəli rəqiblər çempionatda 64-cü dəfə üz-üzə gələcəklər. Bu oyunların 30 paytaxt, 21-də Gəncə təmsilçisi qələbə qazanıb, 12-də heç-heçə qeydə alınıb. Topların nisbətində də “ağ-qaralar” xeyli öndədir - 102:64.

9 oyundan sonra “Neftçi” 12 xalla 8-ci, “Kəpəz” 3 xalla 12-ci yerdə gedir.

17:00. “Neftçi” - “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Palms Sports Arena”

Qeyd edək ki, açılış oyununda “Qarabağ” “İmişli”yə qalib gəlib - 2:0. Turun qalan oyunları 2-3 noyabrda keçiriləcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью