Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 6-da Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.
Sportal.az xəbər verir ki, azarkeşlər “Palms Sports Arena”da saat 20:00-da başlanacaq matçın biletlərini 2 manatdan əldə edə bilərlər.
İlkin olaraq Qərb 2, Banişevski alt, VIP Silver 1, VIP Silver 2 və VIP Family sektorları üzrə satışa həyata keçirilir.
Biletlərin qiymətləri 2-15 AZN təşkil edir.
Biletləri “Neftçi”nin mobil tətbiqindən və bilet.neftchi.az saytından onlayn əldə etmək mümkündür.
Qərb 1, Forza, Şərq 1, Şərq 2, Şimal 1, Şimal 2, Banişevski üst və VIP Gold sektorlarına biletlər daha sonra satışa çıxarılacaq.
Fiziki biletlərin satışı oyun günü saat 14:00-dan etibarən stadionun kassasında başlayacaq.
saytlarin hazirlanmasi