Neftçi Kəpəzdən də geri qalıb

23.12.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının 2024/2025 mövsümündə səfərdə qələbə qazanmayıb.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu 9 qarşılaşmada 5 heç-heçə edib və 4 dəfə uduzub.

“Ağ-qaralar” rəqib meydanında sonuncu dəfə ötən mövsümün son səfər oyununda 3 xal qazanıb. Mayın 18-də “Səbail”lə görüşən “Neftçi” üç cavabsız qol vurub.

Ardınca “Səbail” (1:1), “Araz-Naxçıvan” (1:1), “Şamaxı” (0:0), “Zirə” (0:2), “Qarabağ” (0:4), “Kəpəz” (3:4), “Sabah” (0:0), “Sumqayıt” (0:2) və “Turan Tovuz”un (1:1) qonağı olan paytaxt təmsilçisi 9 matçdan ibarət qələbəsizlik seriyası yaşayıb. Bu, klubun tarixində yeni antirekorddur.

“Neftçi”nin səfərdəki ən uzun qələbəsiz oyunlar seriyası 8 matçdan ibarət idi. 2016-cı ilin avqustundan 2017-ci ilin fevralına qədər olan müddətdə 8 qarşılaşmada 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınmışdı.

Xatırladaq ki, "Neftçi" ilə yanaşı "Səbail" də bu mövsüm səfərdə qələbə qazana bilməyib. 

Qeyd edək ki, “Neftçi” XVIII turda Tovuz səfərindən bir xalla dönüb – 1:1.

Elmar Baxşıyev: “Bununla barışmaq lazımdır” "Qarabağ" qış fasiləsinə lider yollandı - YENİLƏNİB "Səbail"in kapitanı: "Nəticələr ürəkaçan deyil, Cavid Hüseynov gəldikdən sonra..." “Zirə”nin qapıçısı çempionatda 100-cü oyununu keçirib Ayxan Abbasov: "Qəbələ"nin Premyer Liqanı tərk etməsi sürpriz oldu"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью