Neftçi Kəpəzə qarşı | Icma.az
Qol.az saytına istinadən Icma.az xəbər verir. Misli Premyer Liqasında 17-ci tur davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Zirə" "Turan Tovuz"u qəbul edəcək.
Günün 2-ci oyununda isə "Neftçi" "Kəpəz"lə qarşılaşacaq. Matç saat 18:30-da start götürəcək.
Bu komandalar arasında 1-ci dövrənin görüşündə "Kəpəz" 4:3 hesablı qələbə qazanıb.
Hazırda turnir cədvəlində "Neftçi" 13 xalla 8-ci, "Kəpəz" isə 10 xalla 9-cudur.
Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq. 15 dekabr (bazar) 16:00.
“Zirə” – “Turan Tovuz” Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov VAR: Əliyar Ağayev AVAR: Akif Əmirəli Zirə İdman Kompleksinin stadionu 18:30.
“Neftçi” –“ Kəpəz” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə VAR: Rəşad Əhmədov AVAR: Teymur Teymurov "Neftçi Arena" 16 dekabr (bazar ertəsi) 19:00.
Tam oxu
Xəbəri oxu