Neftçi Kəpəzi sınağa çəkəcək

15.12.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XVII turunun ikinci oyun gününə "Neftçi Arena" yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Kəpəz"i qonaq edəcək.  

Bu komandalar arasında 1-ci dövrənin görüşündə "Kəpəz" 4:3 hesablı qələbə qazanıb. 

Hazırda "ağ-qaralar" turnir cədvəlində 13 xalla 8-ci, "sarı-göylər" isə 10 xalla 9-cu pillədə qərarlaşıb.  

Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası

II dövrə, XVII tur

18:30. "Neftçi" - "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. "Neftçi Arena".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью