Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Neftçi” Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”lə keçirəcəyi oyuna hazırlığını yekunlaşdırıb.
İdman.Biz xəbər verir ki, paytaxt klubu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Ağ-qaralar” son məşqdən fotolar paylaşaraq azarkeşləri qarşılaşmada komandaya dəstək olmağa çağırıblar.
Qeyd edək ki, “Neftçi” - “Kəpəz” matçı noyabrın 6-da saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.