Neftçi Kilan Lebonla müqaviləyə xitam verib

14.01.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daha əvvəl xəbər verdiyimiz kimi, "Neftçi" klubu Kilan Lebonla yolları ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью