“Neftçi” Kiprdən 2 futbolçu gətirir birini ermənilər də istəyirmiş

30.05.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

“Neftçi” diqqətini Kipr bazarına yönəldib. Bakılılar bu ölkədən iki futbolçu ilə maraqlanır. Növbəti mövsüm transfer çalışmalarına başlayan “ağ-qaralar” Kiprdən yarımmüdafiəçi gözaltı edib.

Sportal.az Futbolinfo.az saytına istinadən xəbər verir ki, “Neftçi” “Apollon”un oyunçusu Sessi D Almeydaya elçi düşüb. İngiltərə, Portuqaliya və Fransa klublarında çıxış etmiş 29 yaşlı Almeyda Limassol klubuna ötən yay keçib.

Bakı klubu artıq ona təklif göndərib. Tərəflər arasında ilkin razılaşma olduğu bildirilir. “Apollon”la bir illik müqaviləsi qalan Sessinin transfer dəyəri yarım milyon avrodur.

Beninli oyunçunun transferində Ermənistanın “Noah” klubu da maraqlıdır. Lakin onun Azərbaycana gəlməyə daha isti yanaşdığı bildirilir.

“Neftçi” “Apollon”un daha bir futbolçusu ilə maraqlanır. Həmin futbolçu kiprlidir. Adını öyrənə bilməsək də, onunla da ilkin razılıq əldə olunduğu deyilir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью