Neftçi Latviya səfərindən məğlub qayıdır YENİLƏNİB

19.11.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa”nın qonağı olub.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Təmsilçimiz rəqibinə 55:96 hesabı ilə uduzub.

Qeyd edək ki, əvvəlki altı matçda cəmi bir qələbə qazanan “Neftçi” beş dəfə məğlub olub. Paytaxt təmsilçisi 7 xalla H qrupunun sonuncu pilləsində qərarlaşıb.

Alperenin 23 xalı bəs etmədi: “Hyuston”un qələbə seriyası qırıldı Uğur Özdemir: “Əsas qələbədir” “Naxçıvan” və “Sumqayıt”dan qələbə Alperendən 19 xal, “Hyuston”dan ardıcıl 4-cü qələbə: NBA-da günün nəticələri “LANDAU Lions”dan inamlı qələbə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью