Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Qapıçı Kenan Piriç “Neftçi”dən ayrıla bilər.
Futbolpress.az-ın məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub qolkiperin performansından məmnun deyil. Piriç isə öz növbəsində oyun praktikasının azlığından şikayətçidir.
“Neftçi” qolkiper üçün təklifləri dəyərləndirməyə qərar verib.
32 yaşlı “əlcək sahibi” 2025-ci ilin yayından “Neftçi”də çıxış edir. O, “ağ-qara” formada 28 oyuna çıxıb.
Şahin Cəfərov