Neftçi liderə qarşı

16.02.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının XXIII turunun ikinci oyun gününə "Neftçi Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, 23-cü oyun həftəsinin mərkəzi qarşılaşmasında "Neftçi" "Qarabağ"ı qonaq edir.

Son oyunlarda uğurlu seriya cızan "ağ-qaralar" bunun davamını liderlə oyunda da gətirmək istəyir. Sayca 97-ci Azərbaycan derbisində kimin qalib gələcəyini 90 dəqiqənin tamamında biləcəyik.

Qeyd edək ki, oyunun start fiti saat 19:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXIII tur

19:00. "Neftçi" - "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. "Neftçi Arena"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью