Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Bakıda Tofiq Bəhramov adına stadionun 75 illik yubileyi münasibətilə “Neftçi” və “Spartak”(Vilnus) klubları arasında yoldaşlıq oyunu keçirilib.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu oyunda rəqibini 10:9 məğlub edib. Qeyd edək ki, bu komandalar ilk oyununu 1951-ci ildə Tofiq Bəhramov stadionunda keçiriblər.
"Neftçi" həmin vaxtı litvalıları 4:0 hesabı ilə məğlub edib.
“Neftçi” (Bakı, Azərbaycan) – “Spartak” (Vilnüs, Litva) – 10:9
Bakı, Tofiq Bəhramov adına stadion.