“Neftçi” maaş və mükafata “Qarabağ” qədər xərcləyib!

09.05.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli premyer-liqasında çıxış edən 8 klubun 2024-cü ildə futbolçulara ödədiyi maaş və mükafat məbləği açıqlanıb.

“Football-plus.az” “Neftchi.baku.fan.page”ə istinadən xəbər verir ki, ötən il ən çox pul xərcləyən “Qarabağ”dısa, “ağ-qaralar” bu göstəricidə ağdamlılardan azca geri qalır.
Siyahını təqdim edirik:
“Qarabağ” – 20 milyon 648 min 300 manat
“Neftçi” – 20 milyon 263 min 958 manat
“Sumqayıt” – 6 milyon 41 min 900 manat
“Zirə” – 5 milyon 474 min 838 manat
“Araz- Naxçıvan” - 3 milyon 686 min 900 manat
“Kəpəz” – 2 milyon 198 min 800 manat
“Şamaxı” – 1 milyon 649 min manat
Qeyd edək ki, “Sabah” və “Turan Tovuz”un il ərzində maaş və mükafat üçün ayırdığı pul bəlli deyil.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью