“Neftçi” məğlubiyyətlə başladı

16.10.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Neftçi” basketbol komandası Avropa Kubokunun əsas mərhələsində mübarizəyə start verib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” ilk oyununda səfərdə Polşada “Trefl” komandası ilə qarşılaşıb.

Görüş rəqibin 92:63 hesablı qələbəsi ilə başa çatıb.

I qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi “Abşeron Lions” oktyabrın 16-da Estoniyanın “Kalev” komandasını qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью