futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kamerunlu hücumçu Vensan Abubakar “Neftçi”dən təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Actu Cameroun” saytı məlumat yayıb. 33 yaşlı forvardın “ağ-qaralar”dan düşünmək üçün vaxt istədiyi bildirilir.
Abubakar son olaraq “Hatayspor”da forma geyinib. O, bundan başqa “Portu”, “Loryan”, “Beşiktaş”, “Əl Nəsr” kimi klublarda çıxış edib. Abubakarın “transfermarkt”da dəyəri 1,2 milyon avrodur.