“Neftçi” məşhur şirkətlə əməkdaşlığa başlayıb AZƏRTAC

06.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 dekabr, AZƏRTAC

“Neftçi” dünyanın ən yaxşı idmançılarının rəsmi oyunlarda geyindikləri və imzaladıqları unikal köynəklərin hərrac yolu ilə satışında qlobal lider olan MatchWornShirt ilə əməkdaşlığa başlayıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, tərəfdaşlıq çərçivəsində paytaxt klubun oyunlarda geyinilmiş və imzalanmış formaları hərrac vasitəsilə azarkeşlərə təqdim olunacaq.

Bu, azarkeşlərə sevimli komanda və oyunçularının xatirə əşyalarını əldə etmək üçün unikal fürsət yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью