“Neftçi” məşqləri davam etdirir

06.09.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi” çempionat matçlarına hazırlığı davam etdirir.

Apasport.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunda “Sabah” klubu ilə qarşılaşacaq “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində növbəti məşqə çıxıb.

Lakin müxtəlif milli komandaların düşərgəsində olan futbolçular – Emin Mahmudov, Rza Cəfərov, Elvin Bədəlov, Murad Məmmədov, Ağadadaş Salyanski, Edvin Kuç, Alessio Kurçi və Sessi D’Almeyda hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19:00-da başlanacaq.

AFFA rəsmisi FIFA-nın seminarında Millimizin oyunları “CBC Sport”da Nadir Nəbiyev: "Belə baxanda Fernandu Santuşu da qınamaq olmur, onun da çox seçim imkanı yoxdur" II Liqa: I turun təyinatları bəlli olub I Liqa: İlk turun oyun cədvəli açıqlanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью