“Neftçi” millimizin üzvünü TRANSFER EDİR

22.01.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” növbəti transferini reallaşdırmağa yaxındır.
Bizim.Media xəbər verir ki, «ağ-qaralar» Elvin Camalovla anlaşıb.
“Sabah”ın futbolçusu ilə müqavilənin bütün detalları razılaşdırılıb. Son vaxtlar klubda ehtiyatda qalan yarımmüdafiəçinin keçidi üçün “Neftçi” “Sabah”a kompensasiya ödəyəcək.
Qeyd edək ki, 2021-ci ildə “Zirə”ni “Sabah”a dəyişmiş orta sahə oyunçusu Vasili Berezutskinin baş məşqçi təyin olunmasından sonra əsas heyətdəki yerini itirmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью