“Neftçi” monteneqrolu basketbolçu transfer etdi

21.09.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 200 sm boya malik 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) “Buduçnost” və “Mornar” kimi tanınmış komandalarının da formasını geyinib.

Monteneqro millisinin sabiq üzvünün son klubu Macarıstan “Alba Fehervar”ı olub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью