“Neftçi” mövsümə qələbə ilə başlayıb, “LANDAU Lions” NTD ni məğlub edib

10.10.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi" Azərbaycan Basketbol Liqasının ikinci turunda "Ordu"nu məğlub edərək mövsümə qələbə ilə başlayıb. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşma "Neftçi"nin 83:79 hesablı üstünlüyü ilə başa çatıb.

Günün ilk oyununda isə "LANDAU Lions" eyni məkanda NTD üzərində 102:68 hesablı qələbə qazanıb.

Xatırladaq ki, turun ilk qarşılaşmasında "Sumqayıt" doğma meydanda "Naxçıvan"a 76:87 hesabı ilə məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью