Neftçi mövsümün ikinci yarısına Qəbələdə hazırlaşır

07.01.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi” Qəbələ şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Sportal.az xəbər verir ki, komandanın üzvləri toplanışın 2-ci günündə iki məşqə çıxıblar.

Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən səhər hazırlığında əsasən fiziki və toplu, axşam məşqində isə taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, “Neftçi” qış təlim-məşq toplanışına yanvarın 3-də start verib. Ardıcıl 3 gün “Neftçi” Futbol Mərkəzində hazırlaşan “ağ-qaralar” ayın 6-dan etibarən toplanışı Qəbələdə davam etdirir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью