“Neftçi” mövsümün sonuna qədər iki çalışdırıcıya ödəniş edəcək

15.01.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə 2:3 hesabı ilə məğlubiyyətdən sonra “Neftçi”dən istefaya göndərilən baş məşqçi Samir Abasovla klub rəhbərliyi arasındakı narazılıq həllini tapıb.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamı məsələsində anlaşmaya gəliblər.

Məlum olub ki, “ağ-qaralar” 47 yaşlı mütəxəssisin maaşını ödəməkdə davam edəcək. S.Abasov hazırda işsiz olsa da, “Neftçi” ilə pozulan müqaviləsinin müddəti bitənədək hər ay məvacibini alacaq. Beləliklə, paytaxt klubu mövsümün sonuna qədər həm hazırkı baş məşqçi Yuri Verniduba, həm də sabiq çalışdırıcıya ödəniş edəcək.

Qeyd edək ki, Samir Abasov “Neftçi”yə 2024-cü ilin oktyabrında təyin olunub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью