Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.
Günün ilk görüşü Mərdəkanda keçiriləcək. "Neftçi" "Araz-Naxçıvan"ın qonağı olacaq. Hazırda aktivində 27 xal olan meydan sahibləri qələbə qazanacağı halda dünən məğlub olan "Zirə"ni ötərək turnir cədvəlində mövqeyini bir pillə yaxşalışadıraraq 5-ci yerə yüksələ bilər. Qonaqlar isə 3 xal qazanacağı təqdirdə dünən "Şamaxı"ya təhvil verdikləri 7-ci pilləyə dönəcək.
Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XVIII tur
16:00. "Araz-Naxçıvan" - "Neftçi"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Nəriman Axundov
Mərdəkan. "Liv Bona Dea Arena".
"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 29. Vanderson Melo 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 4. Rahil Məmmədov 14. Ülvi İsgəndərov26. Ömər Buludov33. Elmir Cəfərov16. Ramon Maçado 23. Nuno Rodriqes 10. Felipe Santos 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 47. Murad Məmmədov 77. Falaye Sako 24. Mustafa Sek5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 70. Andrey Ştoqrin 10. Freddi Varqas
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş Məşqçi: Yuri Vernidub