Neftçi ni çalışdıracağı iddia olunan məşqçi: Heç nə demək istəmirəm

30.11.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yuri Vernidub baş məşqçi təyinatı ilə bağlı artıq "Neftçi" ilə razılığa gəldiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportal.az "Tribuna.com"a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis məsələ barədə bunları deyib:

"Yazırlar ki, mən "Neftçi" ilə razılığa gəlmişəm? Orada kimsə nəsə yazırsa... Heç kimlə, hətta jurnalistlərlə də danışmamışam. Bu, sanki Vatskonun "WhatsApp" mesajı mənə nəsə deyirmiş kimi, bir şeydir. Mən hazırda sadəcə Zaporojyedə gəzirəm, mağazadan çıxmışam, küçə ilə aşağı tərəfə düşürəm".

- Bəs heç olmasa danışıqların mövcudluğunu təsdiqləyə və ya inkar edə bilərsiniz?

- Deməyəcəyəm və demək istəmirəm. Çünki bu, əsassızdır. Nə baş verdiyini bilmədən əvvəlcədən heç nə deməməlisiniz.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью