Neftçi ni daha bir legioner tərk edir Razılıq əldə edildi

29.08.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" daha bir legioneri ilə vidalaşmağa yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, ukraynalı hücumçu Andrey Ştoqrindir.

Tərəflər artıq qarşılıqlı razılıq əsasında yolları ayırmaqla bağlı razılığa gəliblər. Odur ki, "ağ-qaralar"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan ön xətt oyunçusunun yaxın günlərdə yola salınacağı gözlənilir.

Xatırladaq ki, "Neftçi" bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Dembo Darbo, Filip Ozobiç, Ervin Koffi, İsmayıl Zülfüqarlı və Alfa Konte ilə də əməkdaşlığa son qon qoyub. Komandanın baş məşqçisi Samir Abasov xidmətinə ehtiyac duymadığı iki oyunçunu - yaponiyalı yarımmüdafiəçi Renosuke Ohori və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi əvəzedici komandaya göndərib.

Nihat 
 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью