Neftçi ni mərhələdən edən Vardanyan Türkiyə yolunda

24.08.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dinamo Minsk"in hücumçusu Karen Vardanyan karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, "Kocaelispor" 22 yaşlı hücumçunun transferi üçün Belarus klubu ilə rəsmi danışıqlara başlayıb.

Belarus milli komandasının da formasını geyinən erməni əsilli hücumçu bu mövsüm "Dinamo Minsk"in heyətində keçirdiyi 13 rəsmi oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə təmsilçisi gənc forvardın transferini qısa zamanda yekunlaşdırmağa çalışır.

Qeyd edək ki, K.Vardanyan UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirilən matçda (4:2) 2 qol vuraraq diqqətləri üzərinə çəkmişdi.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью