Neftçi nigeriyalı bombardir üçün nə qədər ödədi?

07.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

“Neftçi”nin heyətinə cəlb etdiyi nigeriyalı hücumçu Adeleke Akinyeminin transferinin maliyyə detalları bəlli olub.

Fanat.Az Finlandiya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 28 yaşlı forvardın keçidi üçün “Qnistan”a təxminən 450 min avro təzminat ödəyib.

Bu məbləğ Finlandiya klubunun tarixində futbolçu satışından əldə olunan ən yüksək gəlir olub.

Akinyeminin “Neftçi” ilə müqaviləsi 2+1 il müddətinə nəzərdə tutulub. Təcrübəli hücumçu cari mövsümdə 13 qolla Finlandiya çempionatının bombardirlər yarışına başçılıq edir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью