Neftçi nigeriyalı forvardı transfer edə bilər

29.12.2024

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Neftçi" heyətini nigeriyalı forvardla gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” “Turan-Tovuz”un hücumçusu Oto Conu transfer etməyi planlaşdırır. 

Belə ki, paytaxt təmsilçisi qışda nigeriyalını transfer etməyin mümkün olub-olmadığı ilə maraqlanıb. 

Əslində, “Neftçi” bu forvardı mövsümün əvvəlindən öz sıralarında görmək istəyirdi. Conun özü də paytaxt komandalarından birinə keçməyi planlaşdırır. 26 yaşlı futbolçunun “Turan Tovuz”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

O, bu komandaya 2023-cü il iyulun 1-də Kosovonun “Dukagini” klubundan keçmişdi. Buna qədər isə Oto “Lion”(Nigeriya), “Skenderbeu”(Albaniya), “Trepça” və “Priştina”(hər ikisi Kosovo) klublarında oynamışdı.
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью