Neftçi nigeriyalı hücumçu üçün danışıqlara başladı

03.09.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

“Neftçi”nin yeni transfer hədəfi bəlli olub.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın istədiyi hücumçu Adeleke Akinyemidir.

Paytaxt təmsilçisi Finlandiyanın “Qnistan” klubunun formasını geyinən nigeriyalı hücumçu üçün danışıqlara start verib. 

“Neftçi” hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədər olan hücumçunun keçidini bu ay reallaşdırmaq niyyətindədir. 

28 yaşlı forvard “Real Saffir” (Nigeriya), “Serdarlı” (Şimali Kipr), “Skenderbeu”, “Laçi” (hər ikisi Albaniya), “Trepça” (Kosovo), “Renova”(Şimali Makedoniya), “Ventspils” (Latviya), “Start”, “HamKam” (hər ikisi Norveç), “Karvina” (Çexiya), “İlveş” (Finlandiya) klublarında oynayıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью