“Neftçi” nigeriyalı yarımmüdafiəçi ilə anlaşdı DETALLAR

25.09.2025

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin danışıqlar apardığı nigeriyalı yarımmüdafiəçi İfeanyi Matyu artıq komandanın düşərgəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu tibbi baxışdan keçib və onunla 1+1 illik müqavilə imzalanacağı gözlənilir.

Azad agent statusunda olan Matyu artıq kollektivlə məşqlərə başlayıb. Son olaraq İsveçrənin “Sürix” klubunda çıxış edən yarımmüdafiəçi 2025-ci ildə cəmi 3 oyunda meydana çıxıb.

Klub rəhbərliyi müqaviləni uzatmaq istəməyən oyunçunu mövsümün əvvəlində əvəzedici heyətə göndərmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью